Şahdağa qar yağır

06.05.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış, Şahdağa isə qar yağır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Səhər saatlarından Bakıda və Abşeron yarımadasında da yağış yağması müşahidə olunur.

Respublikanın rayonlarına düşən yağıntının miqdarı Lerikdə 8, Zaqatalada 6, Qax, Tovuzda 4, Sədərək, Gədəbəy, Ağstafa, Ceyrançöldə 3, Lənkəran, Astara, Yardımlı, Altıağac, Şəki, Balakəndə 2, Quba, Daşkəsən, Şahdağ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, İmişli, Xaltan, Şabran, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Ordubadda 1 mm-dək qeydə alınır.

Neft daşları, Balakən, Daşkəsən, Altıağac, Qusar, Göygöl, Şəki, Şamaxı, Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Naxçıvan MR-da 27, Aran rayonlarında 23, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью