Şahdağda qar voleybolu İdman və Biz

25.01.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Bu gün Şahdağ Turizm Mərkəzində qar voleybolu üzrə 1-ci ölkə çempionatı başlayır.

İdman.biz xəbər verir ki, qadınların yarışında “Azərreyl”, “Murov Az Terminal”, “Gəncə” və U-21 komandaları iştirak edəcək.

Kişilərin çempionatında “Azərreyl”, “Murov Az Terminal”, “Gənclər” və U-21 komandaları mübarizə aparacaqlar.

Yarış dairəvi sistemlə keçiriləcək. İlk iki yeri tutan komandalar finalda, aşağı yerləri tutanlar isə bürünc uğrunda oyunda qarşılaşacaqlar.

Həlledici görüşlər yanvarın 26-da olacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью