“Şahdəniz qaz kondensat yatağında yeni platforma tikiləcək

24.01.2025

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında yeni platforma tikəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında bp Azerbaijan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

O qeyd edib ki, həmin platforma insan iştirakı olmadan fəaliyyət göstərəcək.

“Alpha” və “Bravo” platformalarından gələn aşağıtəzyiqli qaz burada toplanacaq və təzyiq artdıqdan sonra Səngəçal terminalına ötürüləcək”, - deyə o bildirib.

Qeyd edək ki, yeni platformanın tikintisi layihəsi gələn həftə ictimaiyyətə təqdim ediləcək, həmçinin yekun maliyyə qərarı bu il qəbul ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью