“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

15.12.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından indiyədək burada 263,2 mlrd.kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yataqdan 52,3 mln. ton kondensat hasil edilib.

““Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 19 il ötür. “Şahdəniz” Mərhələ 1”in uğurla fəaliyyətə başlaması Azərbaycan qazının dünya bazarlarına çıxışında yeni qapılar açaraq ölkəmizin enerji təhlükəsizliyni möhkəmləndirib, iqtisadi inkişafı yeni mərhələyə yüksəldib”, - məlumatda qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью