Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bu ilin birinci yarısında “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 14 milyard kubmetr qaz hasil edib və bu da ötən ilin analoji dövrünün göstəricisi ilə eynidir. Bu barədə hesabatda bildirilir ki, kondensat hasilatı 6,2 faiz azalaraq, 15 milyon barel təşkil edib.
Hazırda yataqdakı qurğuların ümumi hasilat gücü gündəlik təqribən 76,8 milyon kubmetr və ya ildə təxminən 28 milyard kubmetr qaz təşkil edir.
“Şahdəniz” konsorsiumunun xərcləri 2026-cı ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz artaraq 2,106 milyard ABŞ dollarına çatıb. Əməliyyat xərcləri 8,7 faiz artaraq 1,394 milyard dollar, əsaslı xərclər isə 50,8 faiz artaraq 712 milyon dollar olub. Əsaslı xərclərin böyük hissəsi “Şahdəniz” yatağının işlənməsinin II mərhələsi çərçivəsində görülən işlərin payına düşüb. Bu çərçivədə ümumilikdə 24 quyu qazılıb: yatağın şimal, qərb, cənub-qərb və şimal-şərq cinahlarının hər birində 5 quyu, cənub-şərq cinahında isə 4 quyu.
“Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı ildə imzalanıb. Layihə iştirakçılarının payları aşağıdakı kimi bölüşdürülüb: Böyük Britaniyanın “BP plc” şirkəti (texniki operator) - 29,99 faiz, LUKOIL - 19,99 faiz, Türkiyənin TPAO – 19 faiz, Azərbaycanın “Cənub Qaz Dəhlizi” şirkəti - 16,02 faiz, İranın NICO şirkəti – 10 faiz, Macarıstanın MVM şirkəti – 5 faiz.
XQ