Sahib Alıyev atasının yas mərasimi Bakıda olacaq

25.06.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Sahib Alıyevin atası Eyvaz Alıyevin vəfat etdiyi barədə xəbər vermişdik.
Modern.az-ın məlumatına görə, Bakıda şəhərində mərhum ziyalı, el ağsaqqalı Eyvaz Alıyevin yeddi mərasimi keçiriləcək.
Hüzr məclisi həm kişilər, həm də qadınlar üçün iyunun 28-də “Tural” mərasim evində təşkil olunacaq.
Xatırladaq ki, Eyvaz Şükür oğlu Alıyev 21 may 1934-cü ildə Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. Ömrünün yarım əsrə yaxınını pedaqoji fəaliyyətə həsr etmiş - müəllim, direktor müavini və uzun müddət məktəb direktoru işləmişdir.
O, iyunun 22-də dünyasını dəyişib.
Allah rəhmət eləsin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью