Sahib İbrahimov: Heç kimdən üzr istəməyəcəyəm

27.03.2025

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Sahib İbrahimov və duet ortağı Bəturə Hüseynova arasındakı qalmaqal yenidən alovlanıb.

AZXEBER.COM xəbər verir ki, tərəflər qatıldıqları verilişlərdə bir-birinin ünvanına ittihamlar səsləndirib.

Sahib İbrahimov Bəturə xanımın "Ona halallıq verməyəcəyəm. Məndən üzr istəməlidir" sözlərinə "Tarixin bir günü" verilişində cavab verib:

"Mənim olmadığım yerdə, mənim haqqımda danışmaq qeybətdir. Kimin haqqına girmişəmsə, verilişə qoşula bilər. Hamı, hər kəsi yaxşı tanıyır, tribunadan kiməsə məsləhət verməyə ehtiyac yoxdur. Mən də mələk deyiləm. Amma bu haqda daha danışmaq istəmirəm. Mənim üzərimdə heç kimin haqqı yoxdur. Heç kimə, heç nə etməmişəm ki, üzr də istəyim".

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью