Sahib Məmmədovun müavini işdən çıxdı

27.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov vəzifədən azad olunub.

Modern.az-ın məlumatına görə, Cavanşir Alxasov öz ərizəsi ilə işdən çıxmaq üçün müraciət edib.

Məlumatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında saytımıza təsdiqləyiblər.

Cavanşir Alxasov 1957-ci ildə anadan olub. O, 2001-ci ildən AHİK-in sədr müavini vəzifəsində çalışırdı.

Sabiq sədr müavini «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalı ilə təltif olunub və "Əməkdar mədəniyyət işçisi" Fəxri adına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью