Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə. az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə 27 sentyabr - Anım Günü ilə əlaqədar bəyanatın müzakirəsi zamanı deyib.
O bildirib ki, 2023-cü ilin sentyabr ayında keçirilən bir günlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ən mühüm mərhələsini başa çatıb:
“Dövlətimizin suverenliyi tam bərpa olunub, ölkə Konstitusiyasının qüvvəsi onun bütün ərazisində bərqərar edilib”.
S.Qafarova bildirib ki, bu tarixi nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin təntənəsini təcəssüm etdirib:
“Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş Müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnatdardır”.
Mürtəza