Sahibə Qafarova: Azərbaycanla İspaniya arasında fəal siyasi dialoq mövcuddur

23.01.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlərdə Azərbaycan və İspaniya arasında fəal siyasi dialoq mövcuddur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias ilə brifinqdə deyib.

Spikerin sözlərinə görə, bu da ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və gələcək perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır:

"Bir sıra istiqamətlər üzrə uğurlu əməkdaşlıq var və bunun daha da genişləndirilməsi, yeni istiqamətləri də əhatə etməsi üçün yaxşı fürsət mövcuddur. Eyni zamanda müqavilə-hüquq bazasının genişləndirilməsi üzərində iş aparılır".

S.Qafarova bildirib ki, elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq da olduqca vacibdir:

"Bu sahələrdə əlaqələrin gücləndirilməsi iki xalqın xüsusən gənclərin bir-birini daha da yaxından tanımasına və yaxınlaşmasına imkan yaradacaq".

O, həmçinin parlamentlər arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar olduğunu da diqqət çəkib:

"Konqres sədrinin bu dəfəki səfəri həmin imkanlardan istifadə etmək niyyətimizi bir daha təsdiq edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью