Sahibə Qafarova: Çoxtərəfli əməkdaşlıqda MBD nin Parlamentlərarası Assmbleyasının rolu böyükdür

17.03.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu gün Valentina Matviyenkonun Azərbaycana səfəri ölkələrimizin parlamentləri arasındakı münasibətlərə təkan verəcək".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.

Onun sözlərinə görə Valentina Matviyenko ilə görüşdə hər iki tərəfi maraqlandıran məsələlər müzakirə edilib:

"Ölkələrimizin parlamentləri arasındakı mövcud dialoq münasibətlərin inkişafında mühüm rol oynayır. Çoxtərəfli əməkdaşlıqda MBD-nin Parlamentlərarası Assmbleyasının rolu böyükdür. Bu platforma qarşılıqlı fayda verən münasibətlərin inkişafına təkan verəcək".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью