Sahibə Qafarova gələn ilin büdcə proqnozlarını açıqladı

19.11.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin spikeri Sahibə Qafarovagələn ilin dövlət büdcəsi ilə bağlı rəqəmləri açıqlayıb.

Baxıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, 2026-cı il üzrə büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, yəni 2025-ci ilin təsdiq olunmuş proqnozundan 0,7 % çox olması gözlənilir. Büdcə xərcləri isə 41 milyard 703,6 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 0,7 % artım deməkdir.

Qafarovanın sözlərinə görə, nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsirin yaranacağı gözlənilir. Bu göstərici illik müqayisədə 1,4 % çoxdur.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью