Sahibə Qafarova ilk iclasda gəncləri təbrik etdi

02.02.2026

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Azərbaycan gəncləri dövlət və cəmiyyət həyatının bütün sahələrində önəmli rol oynayır, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bütün bilik və bacarıqlarını sərf edirlər".


Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Sahibə Qafarova Gənclərin 44 günlük vətən müharibəsindəki xüsusi rolundan da danışıb:

"Gənclərimiz 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında, tarixi qələbələrimizin əldə edilməsində müstəsna rol oynamışlar. Gənclər günü münasibətilə bütün Azərbaycan gənclərini üərkdən təbrik edir, onlara möhkəm cansağlığı və uğurlar arzulayıram", - deyə MM sədri qeyd edib.

Qafqaz Rafiqoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью