Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Sergeyenko sadəcə Azərbaycanda rəsmi səfərdə deyil, həm də WUF 13-də Belarusun rəsmi nümayəndəsidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşü zamanı bildirib.
“Bu gün iki ölkə arasındakı münasibətlər bütün istiqamətlər üzrə genişlənir. Burada dövlət başçıları arasındakı dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır.
Lukaşenkonun Azərbaycana səfərləri həyata keçirilib. 2024-cü ildə o, Azərbaycana səfəri çərçivəsində Qarabağda olub, aparılan bərpa işləri ilə tanış olub. Ölkələrimizin baş nazirləri, nazirləri dövlət başçılarının qərarlarının icrası istiqamətində iş aparırlar. Belarus şirkətlərinin Qarabağda bərpa istiqamətində iştirakı da məmnunluq doğurur”, - spiker bildirib.
Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko bildirib ki, ölkə rəhbəri Lukaşenkonun tapşırığı ilə WUF 13 Forumunda iştirak edirlər.
“45 mindən çox iştirakçının qatıldığı tədbirin möhtəşəmliyini vurğulamalıyıq. Bu gün 3 milyarddan çox insan şəhərdə yaşayır, 100 milyondan çox insan aşağı səviyyəli şəraitdə yaşayırlar.
Bu gün başlıca məqsədimiz Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirməkdir. Biz öz tərəfdaşlarımızla dost səviyyəsində danışırıq. Heç şübhəsiz ki, Belarus Respublikasının iştirakı ilə Qarabağda birgə layihələr həyata keçirmək nəzərdə tutulub. Bu layihələrin dəyəri milyard dollarla ölçülüb. Qeyd etmək istərdim ki, bizim ikitərəfli münasibətlərdə heç bir qapalı mövzu yoxdur”.
Nuranə Daxilqızı