Sahibə Qafarova: İspaniya ilə müqavilə hüquq bazasının genişləndirilməsi üzərində iş aparılır

23.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi, yeni istiqamətləri də əhatə etməsi üçün yaxşı imkanlar var. Eyni zamanda, müqavilə-hüquq bazasının genişləndirilməsi üzərində iş aparılır".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias ilə keçirdiyi birgə brifinqdə deyib.

Spiker bildirib ki, elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq da olduqca vacibdir:

"Bu sahələrdə əlaqələrin gücləndirilməsi xalqlarımızın, xüsusən gənclərimizin bir-birini daha da yaxından tanımasına və yaxınlaşmasına imkan yaradacaq. Bugünkü görüşümüzdə parlamentlərimiz arasında əlaqələri də müzakirə etdik. Parlament üzvlərimizin, ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladıq.

Digər tərəfdən, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək də böyük əhəmiyyətə malikdir. Fransina Armenqolla Cənubi Afrikanın Keyptaun şəhərində "Böyük iyirmilik" ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində keçirdiyimiz görüşü və müzakirələri də məmnunluqla qeyd etdik.

Şübhəsiz ki, parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur. Və elə Fransina Armenqolun səfəri də bu imkanlardan istifadə etmək niyyətimizi təsdiq edir".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью