Sahibə Qafarova İstanbulda erməni həmkarı ilə görüşəcək

14.04.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ermənistan Parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 152-ci sessiyasında iştirak etmək üçün aprelin 15-dən 19-dək İstanbula səfər edəcək.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Simonyan jurnalistlərə açıqlamasında bildirib. 

Qeyd olunub ki, onun İstanbulda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü planlaşdırılır.

Simonyan həmçinin Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenko ilə qeyri-rəsmi görüşünün də keçirilməsini istisna etməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью