Sahibə Qafarova MDB PA nın plenar iclasında iştirak edəcək

16.04.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

525.az xəbər verir ki, sədrin səfərinin məqsədi Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirakdır.

Xatırladaq ki, Sahibə Qafarova Milli Məclisin MDB PA-dakı nümayəndə heyətinin rəhbəridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью