Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 45 qanun və qərar qəbul edilib

14.07.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 iyul, AZƏRTAC

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində 7 iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova iyulun 14-də keçirilən plenar iclasda deyib.

Parlamentin sədri bildirib ki, sessiya ərzində 45 qanun və qərar qəbul edilib, 2 Konstitusiya qanunu təsdiqlənib, iki ictimai dinləmə təşkil olunub. Eyni zamanda, növbədənkənar sessiyada 5 beynəlxalq müqavilə və konvensiya qəbul edilib. Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью