Sahibə Qafarova rusiyalı həmkarı ilə görüşdü

21.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin parlamentarilərimizin beynəlxalq təşkilatlarda, o cümlədən MDB PA çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Qeyd edək ki, Milli Məclisi sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdədir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью