Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib

20.11.2024

Icma.az, Mia.az saytına istinadən bildirir.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün noyabrın 20-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

Mia.az xəbər verir ki, “Pulkovo” hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin Qanunvericilik komitəsinin sədri Vsevolod Fedoroviç Belikov və MDB PA Şurasının baş katibi Dmitri Arkadyeviç Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və 57-ci Plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью