Sahibə Qafarova: Türkiyə qlobal miqyasda sülhə və sabitliyə töhfə verən güclü dövlətdir

18.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bu gün Türkiyə cənab Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi ilə bütün sahələrdə hərtərəfli inkişaf edir, böyük nailiyyətlər əldə edir.

“Report”un məlumatına görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Nurman Kurtulmuşla birgə mətbuata açıqlaması zamanı deyib.

Spiker Türkiyənin qlobal miqyasda nüfuzuna diqqət çəkib.

“Türkiyə qlobal miqyasda gedən proseslərə təsir göstərən, sülhə və sabitliyə töhfə verən güclü dövlətdir”.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью