Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29 çərçivəsində Azərbaycan parlamenti v
SİA xəbər verir ki, Parlament Görüşündə iştirakına görə qonağa təşəkkür edən spiker Sahibə Qafarova xatırladıb ki, Zimbabve Prezidenti Emmer
Onun sözlərinə görə, bu, Zimbabvenin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini göstərir.
Parlament Görüşünün uğurla başa çatdığını qeyd edən Milli Məclisin sədri deyib ki, iclasın yekunu olaraq qəbul edilmiş yekun sənəd iqlim dəyişikliyi məsələsində bizim ümumi mövqeyimizi əks etdirir.
Vurğulanıb ki, belə beynəlxalq tədbirlər həm də görüşmək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı əldə etmək baxımından da vacibdir.
Yakob Mudenda həm COP29, həm də Parlament Görüşünün çox uğurla təşkil olunması münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın evsahibliyi ilə keçirilən bu mühüm qlobal tədbirə beynəlxalq marağın böyük olduğunu bildirib.
O, COP29 çərçivəsində keçirilən müzakirələrdə az inkişaf etmiş ölkələrə dəstək göstərilməsi ilə bağlı çağırışların vacib olduğunu söyləyib.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.