Sahibindən qaçan şir 4 yaşlı uşağa hücum etdi

08.10.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tailandda əhliləşdirilmiş şir sahibindən qaçaraq 4 yaşlı uşağa hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kançanaburi əyalətində baş verib.

Küçədə baxımsız qalan vəhşi həmin vaxt oradan keçən 4 yaşlı uşağa hücum edib. Uşaq çoxsaylı xəsarətlər alsa da, şirin pəncəsindən qurtula bilib və möcüzə nəticəsində sağ qalıb.

Bir qədər sonra tutulan şir heyvanxanalardan birinə təhvil verilib.

Yeri gəlmişkən, şirin sahibi olan Parinyu adlı kişi 50 min bat (təxmini 2800 manat) cərimə ödəməklə yanaşı, 6 aylıq həbs cəzasına məhkum edilib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью