Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Masallı rayonunda 1985-ci il təvəllüdlü Hikmət Bayramovu güllələyən Şamxal Muxtarzadə və əmisi oğlu Ravinə hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.
Bildirilib ki, hadisə 2024-cü ilin aprelində baş verib. Bundan 2 ay əvvəl isə Hikmət Şamxalı rayonun Yeddioymaq kəndində bıçaqlayıbmış. Belə ki, münaqişə zəminində baş verən hadisədən sonra Şamxal qisas almaq məqsədilə lüləsi kəsilmiş tüfənglə silahlanaraq əmisi oğlu Ravinlə birgə Hikmətin yaşadığı yerə gedib. Onlar maşından düşərək Hikmətə atəş açıblar. Xəsarət alan şəxsin həyatı xilas edilib.
Bildirilib ki, Hikmət iş adamı olub. Kənddə kafeyə və heyvan kəsimi məntəqəsinə sahib imiş.
Bu hadisələrdən sonra Hikmətə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb və 4 illik həbs cəzası alıb.
Şamxal və əmisi oğlu isə adam öldürməyə cəhd, qanunsuz silah saxlama kimi maddələrlə ittiham edilib.
Məhkəmənin ötən həftə çıxardığı hökmlə Şamxala 11 il 6 ay, əmisi oğluna isə 11 il 3 ay həbs cəzası verilib.
Aslan Vəliyev