Sahibkar: Ramiz Mehdiyevin kürəkəni üç milyonluq mülkümü əlimdən alıb, məni ölümlə təhdid …
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şabran rayonundan olan sahibkar Mansur İbrahimov deyir ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev və qohumları - kürəkəni İlham Əlisəftər oğlu Əliyev vəzifədə olarkən onun qiyməti milyonlarla manat olan əmlakını, təsərrüfatını aldatma və hədə-qorxu ilə əlindən alıblar.
Oxu.Az-a açıqlamasında iş adamı Mansur İbrahimov bildirib ki, Quba, Xaçmaz və Şabran rayonlarında böyük ərazilər, mülklər Ramiz Mehdiyevin qohumları tərəfindən zəbt olunub.
O bildirib ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev 2010-cu ildə Xaçmaz-Xudat Seçki Dairəsindən deputat seçiləndən sonra bu zonanın əksər sahibkarlarının əmlakları əllərindən alınıb, özləri isə məhkəmələrdə süründürülür: "Mən də bu cür özbaşınalıqların qurbanlarından biriyəm.
2006-cı ildə Şabran və ətraf rayonlarda sahibkarlıqla məşğul olmağa başlamışam. Bu məqsədlə "Turaz" MMC-ni yaratmışam.
100 hektara yaxın torpaqda ən müxtəlif meyvə bağları salmışam.
Kürdəmirdən 2 min ədəd nar tingi gətirib bağ yaratmışam, bütün ailəmi bu təsərrüfata səfərbər etmişəm.
2011-ci ildə isə "Dostluq - MK" MMC-ni YAP Xaçmaz rayon təşkilatının sədri olmuş Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşovla birlikdə yaratdıq.
Tam oxu
Xəbəri oxu