Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması müddəti uzadılır.
"AzPolitika" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişiklik layihəsinə əsasən, ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə 2015-ci il noyabrın 1-dən tətbiq edilən yoxlamaların dayandırılması rejiminin müddəti 2026-cı il yanvarın 1-dək müəyyən edilib. Təklif edilən yeni dəyişikliklə bu müddətin daha bir il uzadılaraq 2027-ci il yanvarın 1-dək qüvvədə saxlanılması nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq deputatlar tərəfindən yekdilliklə qəbul edilib.
“AzPolitika.info”