Sahibkarlar götürülən kreditlərin qaytarılması ilə bağlı problemlərlə üzləşirlər Ekspert

29.01.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Pul-kredit siyasətinin sərt olmasına görə kredit qoyuluşlarının həcmi iqtisadiyyatda tələb olunan investisiya həcminə uyğun gəlmir. Nəticədə sahibkarlar götürülən kreditlərin qaytarılması ilə bağlı problemlərlə üzləşirlər”.

 Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bunu 525.az-a bildirib. O qeyd edib ki, məhz pul-kredit siyasətinin sərtliyi problemli, vaxtı keçmiş kreditlərin həcmini artırır:

“Biznes kateqoriyası üçün kreditlərin əlçatan olmaması kredit borcunu artıran əsas amildir. Nəticədə kredit götürən təşkilatlar və ya fiziki şəxslər borcunu qaytara bilmir. Götürülən kreditlərin təyinatı üzrə istifadə olunmaması da problemli kreditlərin həcmini artırır. Əgər pul-kredit siyasətinin yumşaldılmasına, məqsədli kredit xətlərinin açılmasına nail olmasaq, ödənişlərlə bağlı problemlər artmaqda davam edəcək".

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью