Sahibkarlar üçün HACCP təlimi keçirilib

21.06.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün məlumat xarakterli HACCP təlimi təşkil edilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirakçılara HACCP sisteminin mahiyyəti, tətbiq prinsipləri və bu sistemin müəssisələrə qazandırdığı üstünlüklər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir.

HACCP sistemi məhsulun dolayı yolla keyfiyyətin artırılmasında deyil, məhsulun təhlükəsizliyini təmin etməklə birbaşa keyfiyyətinin artırılmasına üstünlük verir. Bu sistemin tətbiqi “Qida Təhlükəsizliyi haqqında” Qanunla tənzimlənir. Qanunvericiliyə əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburi hesab olunur.

Təlim zamanı vurğulanıb ki, HACCP prinsipləri özündə qida məhsullarının istehsalında risk əsaslı yanaşmaya üstünlük verir. Bu da məhsulun standart keyfiyyətdə istehsalı hesabına birbaşa satış və gəlirliliyi artırır, ixrac potensialının yaranmasına şərait yaradır.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların mövzu ilə bağlı bilik səviyyəsi dəyərləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью