“Sahibkarlara dövlət dəstəyi yüksəkdir” Sahibkar Rauf Həmidov

08.11.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Xaçmaz şəhərində fəaliyyət göstərən "Şahdağ süd və ət" MMC-nin direktoru Rauf Həmidov News24.az-a müsahibəsində Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi və müəssisənin inkişafı haqqında ətraflı məlumat verib.

-Rauf müəllim, bu gün dövlət qurumları sahibkarlara dəstəyi hansı səviyyədədir?

-    Azərbaycanda sahibkarlara dövlət dəstəyi ildən-ilə gücləndirilir. Sahibkarlar dövlətdən çox böyük dəstək alır. İqtisadiyyat Nazirliyi sahibkarların hər hansı məsələ ilə əlaqədar etdikləri bütün müraciətlərinə operativ reaksiya verir, onlara problemlərinin həllində yardım göstərir.

-     Ölkəmizdə sahibkarlar hansı güzəştlərdən yararlana bilirlər?

-    Dövlət mexanizmlərindən biri Sahibkarlığın İnkişafı Fondundan (SİF) güzəştli şərtlərlə kredit almasıdır. 2019-cu ildə 2 608 743 manatlıq layihənin maliyyələşdirilməsi məqsədilə SİF-dən ayrılan 650 min manat kredit hesabına istehsal müəssisələrini daha da təkmilləşdirərək ət kəsimi məntəqələrini yeni avadanlıqlarla təmin ediblər.

-    Burada əsasən hansı ölkələrin avadanlıqları quraşdırılıb?

-    Məntəqədə Türkiyə, Avstriya və Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. Məntəqədə heyvanların standartlara uyğun kəsilir. Kəsdikləri heyvanların bəziləri özləri tərəfindən yetişdirilsə də, bəziləri satın alınır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью