Sahibkarlara gün verib, işıq vermirlər

11.01.2025

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizdə sahibkarlığın inkişafına  həmişə dövlət səviyyəsində böyük qayğı göstərilir.

Ölkə Prezidenti cənab İlham Əliyev  respublikamızda  sahibkarlığın tərəqqisi üçün  hər cür şəraitin yaradılmasını təmin edir. Amma di gəl ki, bəzi qurumlar kiçik sahbkarlığın  inkişafına maneçilik törədir, el dilində demiş olsaq, onlara badalaq atırlar. Xüsusilə də kənd rayonlarında belə sahibkarları gözüm çıxdıya  salır, onlara gün verib , işıq vermirlər. Məsələn, heyvandarlıqla  məşğul olan kiçik sahibkarlar deyirlər ki, artıq onların bir çox bu işdən əl çəkib.

Çünki onlar mal-qaranı otarmaq  üçün örüş sahəsi tapa bilmirlər. Amma böyük sahibkarlar var ki, onların min hektarlarla  torpaq sahəsi var. Belə sahibkarlar həmin yerdə həm taxıl əkir, həm də  heyvan saxlayır. Üstəlik də yerli icra orqanları  kiçik sahibkarlara lazımi  şərait yaratmırlar. Belə də olanda istər- istəməz onların hüquqları pozulur və narazılıq yaranır. Bunula yanaşı, onları aidiyyatı olmayan işlərin  görülməsi  tapşırıqları verilir.

Əgər ölkəmizdə məhsul istehsalı sahəsində  bolluq yaratmaq istəyiriksə, onda  kiçik sahibkarlığın inkişafına şərait yaratmalı, bu işə maneçilik törədən amilləri  aradan qaldırmalıyıq. Heç şübhəsiz, bu addımların atılması həmin insanların ürəyincə olardı!

Emil Faiqoğlu        

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью