Sahibkarlara ŞAD xəbər Güzəştlərin müddəti uzadılacaq

12.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 340-ı keçib, 2027-ci ildən onlar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilədək uzadılır".
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirlik rəsmisi bildirib ki, 2027-ci ildən etibarən dövlət payı 51%-dən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaq:
"Mənfəət, əmlak və torpaq vergisindən azadolma və sosial sığorta güzəşti, işçilərin əmək haqqına isə sıfır faizli gəlir vergisi tətbiq ediləcək. İri sahibkarlara bu güzəşt müəyyən ixrac şərti ilə tətbiq ediləcək. Vençur fondları və kraudfandinq üçün hüquqi çərçivə yaradılıb. Bu, sahibkarlara ideyalarını yalnız bank krediti ilə deyil, investor kapitalı ilə də maliyyələşdirməyə imkan verəcək".
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью