Sahibkarlığa dövlət dəstəyi genişlənir

16.11.2026

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


"2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun açıqladığı yeni dəstək mexanizmləri ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun genişlənməsi və ixrac potensialının artırılması baxımından mühüm iqtisadi əhəmiyyət daşıyır. Yeni tədbirlər paketində diqqət çəkən əsas məqamlar Bakı və Abşeron yarımadasından kənarda sahibkarlıq kreditləri üzrə faizlərin 50%-nin dövlət tərəfindən subsidiyalaşdırılması, kredit zəmanətləri limitinin 20%-dən 50%-ə yüksəldilməsi, ixracatçıların nəqliyyat xərclərinin 73%-ə qədərinin kompensasiya edilməsi, 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50%-nin dövlət tərəfindən ödənilməsidir".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Əyyub Kərimli deyib. Bəs bu qərarların iqtisadi təsirləri nədən ibarət olacaq?
İqtisadçı hesab edir ki, ilk növbədə, kredit faizlərinin subsidiyalaşdırılması sahibkarların maliyyə yükünü azaldacaq, investisiya qoyuluşlarını stimullaşdıracaq və xüsusilə regionlarda yeni istehsal müəssisələrinin yaradılmasına şərait formalaşdıracaq.
İkinci mühüm məqam istehsalın maya dəyərinin aşağı salınmasıdır:
"Elektrik şəbəkəsinə qoşulma və logistika xərclərinin qismən dövlət tərəfindən qarşılanması müəssisələrin ilkin investisiya xərclərini azaldacaq, Azərbaycan məhsullarının xarici bazarlarda qiymət rəqabətliliyini gücləndirəcək.
Üçüncüsü, bu mexanizmlər regionların iqtisadi fəallığını artırmaqla Bakı və Abşeronda iqtisadi təmərküzləşmənin azalmasına, yeni iş yerlərinin açılmasına və əhalinin gəlirlərinin yüksəlməsinə müsbət təsir göstərə bilər.
Xüsusilə ixrac göstəriciləri diqqətəlayiqdir. Açıqlanan məlumatlara əsasən, cari ildə qeyri-neft-qaz ixracı 3,6 milyard dollara çatıb, bunun 61%-ni sənaye məhsulları təşkil edir. İlin sonunda isə ixracın 4,2 milyard dolları ötəcəyi proqnozlaşdırılır.
Hesab edirəm ki, yeni dəstək mexanizmləri səmərəli tətbiq olunarsa, iqtisadiyyatda üç mühüm nəticəyə nail olmaq mümkündür: özəl investisiyaların artması, ixracın şaxələndirilməsi və regionlarda dayanıqlı məşğulluğun genişlənməsi".
İqtisadçı deyir ki, lL=akin burada əsas məsələ dövlət dəstəyinin yalnız maliyyə güzəşti kimi deyil, real istehsal, əlavə dəyər, yeni iş yerləri və ixrac artımı ilə nəticələnməsidir:
"Bunun üçün dəstək mexanizmlərinin şəffaflığı, sahibkarlar üçün əlçatanlığı və iqtisadi səmərəliliyi xüsusi əhəmiyyət daşıyır.
Nəticə etibarilə, dövlətin sahibkarlıq xərclərinin bir hissəsini öz üzərinə götürməsi sadəcə biznesə yardım deyil, gələcək iqtisadi artıma yönəlmiş investisiya siyasətidir".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью