Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda sahibkarlığa dəstək və biznes mühitinin yaxşılaşdırılması üçün mühüm işlər görülüb.
Bu sahədə aparılan islahatlar ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı eyni zamanda özəl sektorun inkişafına zəmin yaradıb.
Aparılan islahatlar nəticəsində qeyri-neft sektoru az bir zamanda geniş inkişaf edib.
Ölkədə yaradılmış əlverişli iqtisadi şərait, xüsusən də “bir pəncərə” sistemi ilə dövlət qeydiyyatına alınmanın tədbiqi sahibkarlığın inkişafına geniş imkanlar açıb.
Liberal iqtisadiyyat xüsusi mülkiyyət payının çox olması, büdcənin formalaşmasının çox hissəsini özəl sektorun payına düşməsi dövlət tərəfindən tənzimlənmənin, iqtisadiyyata müdaxilənin minimuma endirilməsini nəzərdə tutan iqtisadi modeldir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisad elmləri doktoru, keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib ki, azad sahibkarlıq olmayan məkanda liberal iqtisadiyyatdan danışmaq mümkün deyil: “Bütün dünyada olduğu kimi Azərbaycanda da özəl sektorun onurğa sütünunu kiçik və orta biznes təşkil edir.
Rəsmi statistikaya görə 2024-cü ildə Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun 67,8%-i qeyri-neft sektorunun payına düşüb.