Sahibkarlıq yoxlamaları gələn ilədək aparılmayacaq

02.02.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti uzadılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. 

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılacaq.

Məlumat üçün bildirək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb. Bu müddət 2026-cı il yanvarın 1-də başa çatıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. 

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью