Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib.
İtlər qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Şakir Məmmədbağır oğlu Babayev, 1963-cü il təvəllüdlü Famil Seymur oğlu Fərhadov və 1964-cu il təvəllüdlü Zeyvəli Salman oğlu Rzayevə hücum edərək onlara xəsarət yetiriblər.
Onlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.