Sahibsiz itlər, yoxsa vicdansız insanlar... Heyvanların yaşamasına mane olmadan yaşamaq gərək Video

24.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Müasir təcrübələrə görə, sahibsiz itlər probleminin həllində onları insanlardan uzaq tutmaq, sahiblənmək, onlara qulluq etmək, yatırmaq, sterilizasiya etmək, öldürmək kimi üsulların tətbiq edildiyi görünür. Ancaq sahibsiz itlərin insanlardan uzaq tutulması strategiyasının o qədər də yaxşı nəticə vermədiyini söyləmək olar.

İnsan həm də sosial varlıqdır. Ancaq insanların sosial aspektində məşğul olduqları bəzi məsələlər “problem”ə çevrilə bilər. Bu məsələlərdən biri də sahibsiz itlər məsələsidir. Məsələ heyvan sevgisi ilə həll edilə bilməyəcək qədər çox “sosial problem”ə çevrilib.

Hər il dünyada təxminən 35 min insan sahibsiz itlərin hücumları nəticəsində həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, təkcə quduzluqdan ölənlərin sayı 40-70 min arasındadır. Bu fəsadlar təkcə sağlamlıq sahəsində deyil, həm də sahibsiz itlərin uşaqlara, əlillərə, qocalara və digər heyvanlara vurduğu ölümcül və yaralı zərərlərlə bağlıdır. Sahibsiz küçə itləri xalq sağlamlığı baxımından ciddi problemlər yarada bilər. Məsələn, it hücumları zamanı dişləmələr nəticəsində quduzluq, kapnositofaq bakteriyalarının yaratdığı xəstəliklər, pasteurella və tetanoz. Heyvanlardan insanlara keçən zoonoz xəstəliklər də buraya əlavə etmək olar.

Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da ciddi şəkildə sahibsiz it problemi var. Bunu zaman-zaman baş verən hadisələrdə də müşahidə edirik. Etiraf edək ki, sahibsiz itlər bizim üçün təhlükə mənbəyidir. Sahibsiz itlər dəstələr halında toplanaraq insanlara hücum edir, təhlükə, qorxu yaradır. Sahibsiz itlər qarşı Azərbaycanda da mübarizə aparılr, toplanılır, vurulub öldürülür və s.

Qanun çərçivəsində bu canlıların təhlükəsizliyi təmin edilməsi və həyatlarını sağlam şəkildə yaşaması üçün şərait yaradılmalıdır. Amma bu şərait necə yaradılmalıdır. Bu məsələnin həlli sual altındadır...

Təhlükəsiz yaşamağı sevdiyimiz kimi, bu canlılara da zərər vermədən yaşamasına şərait yaratmağa çalışmalıyıq...

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью