Sahil Babayev 1 milyard 190 milyon manatı banka qoydu

13.10.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard 190 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından dördündə 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью