Sahil Babayev: 16 min şəhid ailəsi və qazi evlə təmin ediləcək

19.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cari ilin sonuna 16 min şəhid ailəsi və qazinin evlə təmini mümkün olacaq.

"Cebheinfo.az" apa-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir deyib ki, bu proqramın icrası növbəti ildə də davam etdiriləcək:

"Bakı şəhərində növbəlilik 2 dəfə icra olunub. Proses davam etdikcə şəhid ailələri və qaziləri mənzillərlə təmin edəcəyik. 7700 nəfərə avtomobillər təqdim etmişik. Bu, Prezidentin və Birinci vitse-pezidentin daim diqqətində olan məsələdir".

Sahil Babayev qeyd edib ki, 2021-2022-ci illərdə saxta əlilliklə dövlət vəsaitlərini mənimsəyən 207 000-dən çox şəxs müəyyən edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью