Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi FOTO

22.11.2024

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) sabiq direktoru Firdovsi Fikrətzadəyə yeni vəzifə verilib. 
Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Fikrətzadə Firdovsi Fikrət oğlu  Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri vəzifəsinə təyin edilib. 
O, bu vəzifədə Elman Sadıqovu əvəzləyib. 
Qeyd edək ki, Firdovsi Fikrətzadə bu ilin avqust ayında kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru vəzifəsindən azad edilib. 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью