Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 11 noyabr, AZƏRTAC
Rayonlarımızın dotasiyadan asılılığı gələn ildən ümumiyyətlə olmayacaq. Onlar öz gəlirləri ilə xərclərini balanslaşdıra, ödəyə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayeva parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında bildirib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da gəlirlərin artması hesabına növbəti ildə dotasiya məbləğində azalma baş verəcək. Bələdiyyələrimizlə bağlı dotasiya növbəti il üçün 7,5 milyon manat nəzərdə tutulub. Bu məbləğ cari ildəkinə bərabərdir.
“Cari ildə cəmi iki rayonun subvensiya müraciəti olub. Burada məsələ ilk növbədə bələdiyyələrin üzərinə düşür ki, onlar öz dotasiya və subvensiya sifarişlərini müvafiq qaydada vaxtında hazırlayaraq, onun əsaslandırılması ilə birlikdə təqdim etsinlər. Hökumət tərəfindən onlara tam şəkildə bu dəstək göstərilir. Növbəti dövrlərə də göstəriləcək”, - deyə nazir qeyd edib.
Fotoqraf - Aydın Məmmədov