Sahil Babayev gələn ilin proqnozlarından danışdı

06.11.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin birgə komitələrinin 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM-in 109,1 milyard manat olması proqnozlaşdırılır, bu da cari illə müqayisədə 4,4 faizlik real artımdır:

“Ümumilikdə son beşillik dövrə nəzər salsaq, görəcəyik ki, qeyri-neft sektoru üzrə nominal ümumi daxili məhsulda bu dövrdə təqribən 40% və ya 30 milyard manatdan çox artım olub. Bu da məqsədyönlü həyata keçirilən siyasətin bariz bir nəticəsidir”, - o qeyd edib.  

Dövlət borcu parametrlərinə gəldikdə nazir bildirib ki, cari ilin sonuna dövlət borcumuzun ÜDM-də payının 19,5% olması proqnozlaşdırılır: “2030-cu ilə qədər bu proqnozun 20,4% ətrafında olması gözlənilir. Yəni, növbəti 1+3 illik bizim ortamüddətli dövrümüzdə biz dövlət borcunun ÜDM-ə nisbətini stabil olaraq qoruya biləcəyik.  

Cari ilin əvəli ilə noyabrın 1 tarixinə olan rəqəmləri müqayisə etsək, görəcəyik ki, dövlət borcumuzda 2,8% bəndlik azalma var. Azərbaycan ümumilikdə dövlət borcunun ÜDM-ə nisbəti göstəricisi üzrə dünyada ən aşağı, göstəriciyə malik ölkələrdən biridir və düşünürük ki, bu cür konservativ yanaşma ölkənin həm fiskal dayanıqlığı, həm maliyyə sabitliyi baxımından çox önəmlidir”. 

Sahil Babayev əlavə edib ki, borc portfelimizin 16,2 milyard manatı daxili dövlət borcu, 7,7 milyard manatı xarici dövlət borcudur: “Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı olduqca müsbətdir. İstiqrazların orta ödəmə müddəti artıq 3,6 ilə çatdırılıb. Bu da bizim həyata keçirdiyimiz maliyyə siyasətimizin başlıca istiqamətlərindən biridir. Artıq bizim borc portfelimizdə 7 və 10 illik istiqrazların payı 44%-ə çatıb. Müddətin uzadılması həm likvidlik baxımından, həm qısamüddətli öhdəliklərin idarə edilməsi baxımından çox müsbət bir meyldir”.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью