Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Dövlət başçısının sosial siyasət kursuna uyğun olaraq, 2027-ci ildə sosialyönlü xərclər əsas prioritetlər sırasındadır və dövlət büdcəsi xərclərinin 44,2 faizi, yaxud 18,7 mlrd. manat sosialyönlü xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 3,5 mlrd. manat və ya 22,8 faiz çoxdur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, 2023-cü illə müqayisədə 2027-ci ildə sosialyönlü xərclər mütləq ifadədə isə 4,4 mlrd. manat və ya 30,6 faiz çox olacaq.
Sosial müdafiə və sosial təminat xərcləri üçün gələn ilin dövlət büdcəsi xərclərinin 11,6 faizi həcmində və ya 4,9 mlrd. manat vəsait nəzərdə tutulur ki, bu da 2025-ci ilin icra göstəricisinə nisbətən 360 mln. manat və ya 7,9 faiz çoxdur.
İcmal büdcənin sosial müdafiə və sosial təminat xərcləri isə 12,9 mlrd. manat proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 2.2 mlrd. və ya 21 faiz çoxdur.
İcmal büdcənin səhiyyə xərcləri isə 4 mlrd. manat olacaqdır, bu da 2025-ci ilə nisbətən 1 mlrd. manat və ya 36 faiz artım deməkdir.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin