Sahil Babayev kimlərin icbari tibbi sığorta ödəməyəcəyini AÇIQLADI

02.12.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Bəzən deyirlər ki, işsizlər sığortalanmayacaq. 

Bu düzgün deyil, əksinə, ilk dəfə olaraq qanunda yazılıb ki, işsizlər üçün icbari tibbi sığortası dövlət tərəfindən ödənilir. 

Eyni zamanda, uşaqlar, pensiyaçılar, əmək qabiliyyəti olmayan şəxslər də dövlət tərfindən sığortalanır. Yəni yeni qaydalarla dövlət tərəfindən icbari tibbi sığortası ödənilənlərin sayı ötən illərlə müqayisədə 9 dəfə artır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, yalnız qeyri-formal işçilər üçün dövlət tərəfindən sığorta haqqı ödənilməyəcək:

“Onların özü bu haqqı ödəməlidir. Söhbət qeyri-qanuni işləyən şəxslərdən gedir ki, bunu da icra orqanı təyin edəcək. Onların gəlirləri sorğulanacaq. Dövlət tərəfindən onlara birdəfəlik icbari tibbi sığorta haqqı ödəyərək tibbi xidmətlərdən yararlanmaq imkanı yaradılıb. Bu haqda yanlış fikir formalaşdırıldı, dezinformasiya yayıldı”. 

Vilayət Muxtar
“Cebheinfo.az”

Açar sözlər: Sahil Babayev icbari tibbi sığorta

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью