Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi Yeni təyinat

22.01.2026

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor təyin edilib.

Məlumata görə, nazir Sahil Babayevin əmri ilə Aslanov Emin Şahin oğlu sözügedən vəzifəyə təyin olunub.

Digər əmrlə Elm-Tədris Mərkəzinin hazırkı direktoru Nəsirov Fuad Ramiz oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Emin Aslanov uzun illər ləğv edilən Muğan Bankın "Həyat” filialının müdiri olub. O, 2023-cü ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Qərbi Kaspi Universitetində "Mühasibat Uçotu” və "Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilmişdi.

1982-ci ildə anadan olan Emin Aslanov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən, 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi adını alıb/qaynarinfo.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью