Sahil Babayev müşaviri vəzifəsindən azad etdi

07.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədrinin müşaviri vəzifəsindən azad edilib. 

"Cebheinfo.az" "qaynarinfo"ya istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi sədrinin müşaviri Rəhimli Səftər Mikayıl oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub. Bu barədə nazir Sahil Babayevin əmr imzalayıb.

Ötən ilin mart ayında müşavir təyin olunan Səftər Rəhimli bu vəzifədən əvvəl Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin rəhbəri olub. 

Sabiq müşavir Mədəniyyət Nazirliyində vəzifəyə təyin ediləcək. 

Qeyd edək ki, bu ilin may ayında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin olunub. Onun yerinə Sadiq Əliyev gətirilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью