Sahil Babayev: Neftdən asılılıq davamlı olaraq azalır

11.11.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Neftdən asılılıq davamlı olaraq azalır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 90.1%dir: “Bu da 2026 illə müqayisədə 2.1%-bənd çoxdur. 2030-cu ilə hədəf bu rəqəmin 100% olmasıdır. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 64.5%-dir ki, 2026 illə müqayisədə 1,5 % bənd çoxdur. 2030-cu ilə hədəfimiz isə bu rəqəmin 70,4% olmasıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью