Sahil Babayev onu aparat rəhbəri təyin etdi

10.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib. 

"Unikal" xəbər verir ki, bununla bağlı maliyyə naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Natiq Həsənov gətirilib.

Qeyd edək ki, N.Həsənov 2018-ci ildən iniyə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

Xatırladaq ki, bundan əvvəl Maliyyə Nazirliyinin Aparatının rəhbəri Cavanşir Yusifov olub. Onun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqdər öz arzusu ilə xitam verilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью