Sahil Babayev sabiq direktora vəzifə verdi KONKRET

22.11.2024

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) sabiq direktoru Firdovsi Fikrətzadəyə yeni vəzifə verilib.

KONKRET.az qaynarinfo.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Firdovsi Fikrət oğlu Fikrətzadə Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri vəzifəsinə təyin edilib.

O, bu vəzifədə Elman Sadıqovu əvəzləyib.

Qeyd edək ki, Firdovsi Fikrətzadə bu ilin avqust ayında kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru vəzifəsindən azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью