Sahil Babayev: Son 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə artıb

27.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son 5 ildə Azərbaycanda əlilliyə görə orta pensiya 2,3 dəfə, sosial müavinətlər isə 3,5 dəfə artıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Azərbaycanda əlilliyə görə 541 min nəfər sosial ödəniş alır. Bunun 256 mini pensiya, 198 mini müavinət, 87 mini təqaüd alır. Əgər 2018-ci ildə əlilliyə görə ümumi ödəniş 1,2 milyard manat idisə, hazırda 2,5 milyard manata yaxınlaşır. Təkcə əlilliyi olan insanlara ödədiyimiz vəsaiti 1,3 milyard manata yaxın artırmışıq”, - o vurğulayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью