Sahil Tahirli yeni vəzifəyə təyin edildi KONKRET

17.11.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan televiziyasının sabiq sədri, jurnalist Sahil Tahirli yeni vəzifəyə təyin edilib. Sahil Tahirli “Hədəf Şirkətlər Qrupu”nda baş direktorun müşaviri vəzifəsinə təyin olunub.

KONKRET.az xəbər verir ki, S.Tahirli bundan əvvəl 13 il Naxçıvan televiziyasına rəhbərlik edib, Naxçıvan Ali Məclisində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.

O, medianın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Sahil Tahirli dövlət qulluğunun baş müşaviridir.

Məlumat üçün bildirək ki, “Hədəf Şirkətlər Qrupu”nun baş direktoru Şəmil Sadiqdir.

Qeyd edək ki, Sahil Tahirlinin yeni vəzifəyə təyin olunması ilə bağlı xəbəri ilk olaraq “yenisabah.az” saytı yayımlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью